Bəşər Əsədin gələcəyi necə olacaq? - Rəsmi açıqlama - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Bəşər Əsədin gələcəyi necə olacaq? - Rəsmi açıqlama - YENİLƏNDİ

Yayılan xəbərlərdə deyilirdi ki, cənab Əsəd rusiyalı qanunvericilərə hakimiyyətdən getməyə dair heç bir marağının olmadığını və bu məsələnin müzakirələr açıq olmadığını deyib

Suriya Prezidenti Bəşər Əsəd bəyan edib ki, çox güman ki, cari ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bu barədə "Frans-Press" agentliyi xəbər yayıb.

Əsəd yanvarın 22-nə planlaşdırılan Suriya üzrə beynəlxalq konfrans ərəfəsində agentliyə verdiyi müsahibəsində deyib: "Hesab edirəm ki, heç nə öz namizədliyimi irəli sürməyimə mane ola bilməz... və əgər ictimai rəy mənim tərəfimdə olarsa, mən bir dəqiqə də tərəddüd etməyəcəyəm. Demək olar ki, seçkilərdə iştirak edəcəyim ehtimalı çox yüksəkdir".

İsveçrənin Montre şəhərində keçiriləcək konfransda müzakirə olunacaq əsas məsələlərdən biri müxalifətin, eləcə də onun xaricdə yaşayan üzvlərinin iştirakı ilə Suriyada keçid hökumətinin formalaşdırılmasıdır.

Əsəd özü xaricdəki müxalifətin keçid administrasiyasının tərkibinə daxil edilməsi barədə təklifi "zarafat" adlandırıb: "Onlar ...30 dəqiqəlik fotosessiya üçün sərhədi keçəcəklər, sonra isə qaçacaqlar. Onlar necə nazir ola bilərlər? Bu təklif tamamilə qeyri-realdır, amma ona gülməli zarafat kimi baxmaq olar".

11.01

Suriya dövlət mediası prezident Bəşər Əl-Əsədlə bağlı yayılan son məlumatların qeyri-dəqiq olduğunu bildirərək xəbərə təkzib edib. Yayılan xəbərlərdə deyilirdi ki, cənab Əsəd rusiyalı qanunvericilərə hakimiyyətdən getməyə dair heç bir marağının olmadığını və bu məsələnin müzakirələr açıq olmadığını deyib.


Publika.Az xarici mediaya istinadən xəbər verir ki, mübahisəli məlumat Suriyaya dair keçiriləcək beynəlxalq sülh konfransından bir neçə gün öncə yayılıb.

Bu gün Rusiyanın İnterfaks xəbər agentliyi cənab Əsədə belə bir sitat gətirib: “Təslim olmaq istəsəydik, bunu əvvəldən edərdik. Bu məsələ müzakirəyə açıq deyil”. Agentlik bildirir ki, tərcüməçi cənab Əsədin bugünkü çıxışını rus dilinə sinxron tərcümə edərkən bu sözləri deyib.

Suriya hökuməti və müxalifəti gələn həftənin çərşənbə günü İsveçrədə keçiriləcək sülh danışıqlarında iştirak etməlidir. Danışıqlarda cənab Əsədin Suriyadakı gələcəyinin başlıca müzakirə mövzusu olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm