Atatürkün heykəli yandırıldı - Foto
Bizi izləyin

Dünya

Atatürkün heykəli yandırıldı - Foto

Türkiyənin paytaxtı Ankarada Atatürkün heykəli hücuma məruz qalıb.

Hadisə “23 aprel, Milli Suverenlik və Uşaq bayramı” günü baş verib.

Məlumata görə, paytaxtın Gölbaşı rayonundakı “Cümhuriyyət” meydanında olan Atatürk heykəlinə naməlum şəxslər benzin tökərək od vurub.

Dərhal yanğını söndürən dövlət yanğından mühafizə briqadasının əməkdaşları hadisə barədə məlumat verməyiblər. Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir /ANS/.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm