• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ankaradan ermənilər üçün ikinci addım: Nəvələr vətəndaşlıq alacaq

  • Dünya
  • 24 Aprel 2014 16:39
  • 750 Baxış
Ankaradan ermənilər üçün ikinci addım: Nəvələr vətəndaşlıq alacaq

Baş nazir Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrində ölən ermənilərin nəvələrinə baş sağlığı verməsindən sonra Türkiyə ermənilərlə bağlı ikinci bir addım atmağa hazırlaşır.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 1915-ci il hadisələri zamanı Osmanlı torpaqlarından köçməyə məcbur olan, həmin dövrün şərtləri ilə Türkiyə vətəndaşlığını ala bilməyən və yaxud bu hüququ sonradan itirən ermənilərin nəvələrinə vətəndaşlıq verilə bilər.

Məsələ ilk olaraq yanvar ayında Ankarada keçiilən bir toplantıda gündəmə gəlib. Bu təklif daha sonra Xarici İşlər Nazirliyinə də çatdırılıb.

Türkiyə mediasının yazdığına görə, Türkiyə Xarici İşlər Nazirliyi də vətəndaşlığı itirmiş və yaxud vətəndaşlıqdan çıxarılan ermənilərin nəvələrinə istəyəcəyi halda, Türkiyə Cümhuriyyəti vətəndaşlığının verilməsinə müsbət baxır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR