İzmirdə 20 yanvar şəhidləri yad edilib
Bizi izləyin

Dünya

İzmirdə 20 yanvar şəhidləri yad edilib

İzmirdə 20 yanvar şəhidləri yad edilib

İzmir Azərbaycan Mədəniyyət Evi və Yardımlaşma Cəmiyəti 20 yanvar şəhidlərini anma toplantısı kecirib. Öncə Cəmiyətin yərləşdiyi binanın qarşısında insanlara şəhidlərimizin xatirəsinə ehsan paylanılıb.

Sonra tədbir şəhidlərimizi bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Cəmiyətin katibi Cavid Əliyəv 20 yanvarda baş verənlərdən və o günün Azərbaycan xalqı ücün cox əhəmiyəytli bir gün olmasından danışıb. “20 yanvar Azərbaycan tarixinə şərəfli bir gün kimi yazıldı.

O gün bizim ücün birlik və həmrəylik günü idi. Və xalqımız çoxlarına gözlədiyinin əksini göstərərək, “Bizi heç kim tutduğumuz yoldan döndərə bilməz” - dedi o gecə”. Tarixci İsmət Alparslan isə o günlərdəki informasıya blokadasından söhbət açaraq, bütün çətinliklərə baxmayaraq bu blokadanı yararaq Azərbaycandakı qardaşlarımıza qarşı edilən haqsızlığı min bir əziyyətlə Türk oxucusuna çatdırmağı bacardıqlarını xatırladıb.

Təshil Nazirliyinin əməkdaşı Adnan Sansayın da o günlərə ekskursuya edərək xalqımızın çətin günlər yaşadığını, lakin dünya birliyinin hələ də bu hadisələrdən xəbərsiz olduğunu vurğulayıb. “Ermənilər olmayan hadisələri olmuş kimi dünya ictimaiyyətinə catdırır. Və hətta bəzi ölkələrə bu yalanlarını qəbul da etdirib.

Biz isə çox yaxın tarixdə dünyanın gözü qarşısında baş verənləri niyə gündəmə gətirməyək? Hesab edirəm ki, bu cür hadisələri yad etməyimiz və yeni yetişən nəslimizə çatdırmaq bizlərin borcudur”. Türkiyədə Yaşayan Azərbaycan Aydın Qadınlar Qrupunun üzvü Könül Qəribzadə isə 132 insanın şəhid olduğu, 700-dən artıq insanın yaralandığı o gecənin insanlarımızın Azadlıq ruhunu qırmağa hesablandığını, lakin hər şeyə rəğmən xalqımızın əzmlə mübarizə apardığını xatırladıb. 1918-ci ildə bir kərə qaldırılan, 1920-ci ildə endirilən üçrəngli bayrağımızın bir daha yüksəklərə qaldırıldığını vurğulayıb.

TYAAQQ üzvü Nigar Börək də o gecə baş verənlərdən danışaraq bu olayın təkcə Azərbaycanlılara yox, bütün Sovetlər birliyinə mesaj vermək üçün rus KQB-sinin hazırladığını, sadəcə Azərbaycan xalqını yaxşı tanımadıqlarının məhz o olaydan sonra bəlli olduğunu qeyd edib. “Rus rəhbərlər hesab edirdilər ki, bununla xalqımız susacaq və digər Sovetlər birliyinə daxil olan xalqlar da sakitcə əvvəlki həyatlarını yaşayacaqlar.

O isə tam əksinə oldu. Xalqımız bu olaydan sonra bir olub, dahada əzmlə Azadlıq uğrunda mübarizə apardı”. Tahirə Məsimzadə də o gecənin şahidi olaraq xatirələrini danışaraq Türk insanına məlumat verib. Və bir gecədə yüzlərlə şəhid verməyimizə rəğmən insanlarımızn Bakı küçələrini şəhidlərin anısına qərənfillərlə süslədiyini xatırladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm