• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Türkiyəli millət vəkili 20 Yanvar haqqında yazdı

  • Dünya
  • 20 Yanvar 2014 14:58
  • 537 Baxış
Türkiyəli millət vəkili 20 Yanvar haqqında yazdı

Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyası (AK Parti) millət vəkili Necdət Ünüvar, "Azərbaycan Hüzün Günü" adlı mesaj yayımlayıb

.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, millət vəkil mesajında Azərbaycanın müstəqillik yolunda ən ağrılı-açılı gününün 20 Yanvar olduğunu qeyd edib. Ünüvar qeyd edib ki, Azərbaycan və Tükiyənin bayraqlarında olan qırmız rəngin, müstəqillik uğrunda şəhid olanların qanın rəngidir.

"Bakıya gedəndə həmişə Şəhidlər Xiyabanına ziyarət edirik və 20 Yanvar Şəhidliyini görürük. Azərbaycan, rus, yəhudi vətəndaşlarının adları ilə orada rastlaşırıq. 20 yanvar 1990-cı il tarixində imperialist güclər irqi, dini məhzəbləri nəzərə almadan qətliam törədiblər. Məqsədləri isə Azərbaycana nəzarət etmək olub. Amma bu addım Azərbaycanın müsətəqillik yolunda ilk qığılcımlar olub.

Azərbaycan vətəndaşlarının qanlarını tökərək Azərbaycanı yox etməyə çalışırdılar. Amma Azərbaycan yenə də 1918-ci ildə olduğu kimi yenidən müstəqilliyin küllərindən yarandı.

Azərbaycan Qafqazın, Türkiyə isə Avropanın parlayan ulduzudur. Bütün dünya öləkəri hər iki ölkə arasında münasibətlərin dərinləşməsinin şahididirlər”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR