Əhməd Davudoğlu: “Qarabağ məsələsi dolaşıq məsələdir, amma…”
Bizi izləyin

Dünya

Əhməd Davudoğlu: “Qarabağ məsələsi dolaşıq məsələdir, amma…”

Əhməd Davudoğlu: “Qarabağ məsələsi dolaşıqlı bir məsələdir, amma…”

Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu NTV kanalarının canlı efirində baş nazir Rəcəb Tayyib Ərdoğanın 1915-ci hadisələri ilə bağlı bəyanatından danışıb.

Publika.Az – ın verdiyi xəbərə görə, Davudoğlu bu bəyanatla Türkiyə-Azərbaycan mövzusuna daxil olmadıqlarını bildirib.

“Qarabağ məsələsi dolaşıqlı bir məsələdir, amma burada da addım-addım sülh təmin edilə bilər”, - Türkiyə xarici işlər naziri dilə gətirib.

Ə.Davudoğlu Ərdoğanın 1915-ci ildə həyatlarını itirən ermənilərin nəvələrinə verdiyi başsağlığın da əvəzini gözləmədiklərini bildirib: “İndi onlar da terror hücumunda öldürülən diplomatlarımız üçün başsağlığı verəcəklərmi? Bunu gözlədiyimiz üçün soruşmuram. Amma biz bu addımı atdıq. Bu gələcəyi birlikdə qura biləcəyimizə ümid edirik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm