Məkkədə 4 nəfər virusdan öldü
Bizi izləyin

Dünya

Məkkədə 4 nəfər virusdan öldü

Səudiyyə Ərəbistanında yayılan MERS virusu son bir sutka ərzində 4 nəfərin ölümünə səbəb olub. Ümrə ziyarəti üçün bu ölkədə olan 1 türk zəvvar da olmaqda daha 36 nəfər bu virusa yoluxub. MERS virusunun intensiv şəkildə yayılmasından sonra kral Abdullah səhiyyə nazirini işdən çıxarıb. Yeni nazir Adil Faqih isə ilk olaraq Ciddə şəhər xəstəxanasında yatan MERS-ə yoluxmuş xəstələri ziyarət edib.


İlk dəfə Səudiyyə Ərəbistanında dəvələrdən və ya keçilərdən yoluxduğu güman edilən MERS virusu 2002 – 2003-cü ildə aşkarlanıb. Bu virus da SARS virusu kimi yuxarı tənəffüs yollarında təsirli olur. Virusun əlamətləri qızdırma, öskürək, nəfəs çatışmazlığı, qarın ağrısı, ishal və qusma olaraq bildirilib.


Dünya Səhiyyə Təşkilatı bildirir ki, indiyə qədər bu xəstəliyə 238 nəfər yaxalanıb, onlardan 92 nəfəri ölüb.


XXI əsrin ən təhlükəli viruslarından hesab olunan MERS, SARS-a görə 8 dəfə çox təsir gücünə malikdir. /anspress.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm