Kremldən daha bir müharibə anonsu
Bizi izləyin

Dünya

Kremldən daha bir müharibə anonsu

Kremldən daha bir müharibə anonsu

“Ukraynanın cənub-şərqində hadisələrin xoşagəlməz istiqamətdə inkişaf edəcəyi halda Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrdən istifadə edilməsi ilə bağlı Federasiya Şurasının verdiyi icazə gündəmə gələcək”.

Publika.Az – ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri “Rossiya-1” telekanalının efirində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.

“Belə bir imkan bizim əllərimizdə həmişə var. Amma bunu istəməzdik”, - o, bildirib. V.Çurkin Ukraynanın cənubi-şərqində zorakılığın dayandırlmayacağı halda, Rusiyanın BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağıracağını vurğulayıb. Bununla belə rus diplomat qeyd edib ki, BMT Təhlükəsizlik Şurası parçalandığı üçün problemin həlli istiqamətində qurumdan ciddi addımları gözləmək çətindir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi əlavə edib ki, Rusiya ehtiyac olduğu halda Ukraynaya sülh məramlı qüvvələrini göndərmək üçün beynəlxalq hüquq əsaslara malikdir. O, bu hüququn BMT nizamnaməsinin 51-ci maddəsində təsbit olunduğu bildirib. Çurkin xatırladıb ki, Rusiya bu hüquqdan 2008-ci il Rusiya-Gürcüstan müharibəsində də istifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm