Soçi olimpiadasında terror aktları olacaq -Hədə - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Soçi olimpiadasında terror aktları olacaq -Hədə - YENİLƏNDİ

İraqdakı radikal islamçılar Volqoqraddakı terroru öz üzərinə götürüb

Qış Olimpiya oyunlarına 2 həftə qalmış islamçı ekstremistlərin "Vilayət Dağıstan" saytında dərc edilmiş videoda "Ənsar əl-Sünnə" qrupunun nümayəndələri Soçidə idman yarışı zamanı terror aktları törədəcəkləri barədə hədələr səsləndiriblər.

ABŞ-da mənzillənən terrorizm hadisələrini izləyən SİTE Monitoring Service internet–resursuna əsasən, videoda dekabr ayında Volqoqrad şəhərində törədilmiş terror aktlarına görə məsuliyyəti "Ənsar əl-Sünnə" adlı islamçı qruplaşma üzərinə götürüb. Bu qrupun üzvləri bəyan edib ki, Volqoqrad partlayışlarını Süleyman və Əbdürrəhman adlı şəxslər həyata keçiriblər.

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları bu məlumata hələlik münasibət bildirməyiblər.Bazar günü internetdə dərç edilmiş videoda çıxış edən iki şəxs Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, Rusiya Dövlət başçısı və Olimpiada qonaqlarına Soçidə "hədiyyə hazırladıqlarını" bildiriblər.

Bazar ertəsi günü Dövlət Dumasının deputatı Mixail Markelov Rusiya Baş prokurorluğuna müraciət edərək “Vilayət Dağıstan” saytı ilə bağlı resurslara istifadəçi çıxışını məhdudlaşdırmağa çağırıb.

"Hədələr ciddidir"

ABŞ konqresmenləri bu arada Soçi Olimpiadasında təhlükəsizlik məsələlərilə bağlı narahtlıq bildirirlər.

"Bu hədələr ciddidir. Onlar hücumlara çağırış səsləndirirlər. Düşünürəm ki, buna cəhd edilməsi hallarının şahidi olacayıq", ABC telekanalına müsahibəsində Konqresin namyəndələr palatasının Milli Təhlükəsizlik komitəsinin rəhbəri respublikaçı Michael McCaul deyib.Onun təbirincə, Rusiya rəsmiləri bu qəbildən olan hədələrə bütün ciddiliyilə yanaşırlar.

Konqresmenin təbirincə Olimpiada zamanı Soçidə 20-dən çox FBİ agenti olacaq.

Onun qənaətincə, təhlükəsizlik məsələlərində Rusiya və ABŞ daha səmərəli əməkdaşlıq edə bilərdilər. Konqresmen eləcə də, Soçidə fövqəladə vəziyyətin yaranacağı halda evakuasiya və hərəkət planları barədə daha geniş məlumata malik olması arzusunda olduğunu vurğulayıb.

İsmayıl

15.00

"Ənsar əl-sünnə" radikal islamçı qruplaşması 2013-cü ilin dekabr ayının sonlarında Volqoqradda törədilən iki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Trend-in məlumatına görə, bu barədə RBK "Deutsche Welle"-ə istinadən xəbər verir.

2014-cü il yanvarın 19-da internetdə yerləşdirilən videoçarxda əllərində avtomat silah tutmuş və özlərini Süleyman və Əbdürrəhman adlandıran iki gənc nümayiş olunub. İddia edilir ki, məhz onlar intiharçı-terrorçular olublar.

Ekstremistlər, həmçinin Soçidə keçiriləcək Qış Olimpiya Oyunları zamanı da hücum edəcəkləri ilə hədələyiblər.

2003-cü ilin sentyabrında yaradılan "Ənsar əl-sünnə" İraqın şimalında və mərkəzində yerləşir. Onun Volqoraddakı terror aktları ilə heç bir əlaqəsinin olmadığı da istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm