• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Kreml bunu heç vaxt planlarından çıxarmayıb”- Qarabağ üçün təhlükəli plan

  • Dünya
  • 25 Aprel 2014 12:52
  • 1 301 Baxış
“Kreml bunu heç vaxt planlarından çıxarmayıb”- Qarabağ üçün təhlükəli plan

“Dağlıq Qarabağ münaqişəsi regionda daimi gərginliyin saxlanılması üçün bir vasitədir. Münaqişə Moskvaya Azərbaycan və Ermənistana eyni zamanda təsir etməyə imkan verir”.

Publika.Az – ın verdiyi xəbərə görə, bu sözləri Moskva Karnegi Mərkəzinin “Daxili siyasət və Rusiya institutları” proqramının rəhbəri Liliya Şevsova 1in.am saytına müsahibəsində deyib.

Ekspert hazırda yalnız Ermənistanın deyil, həm də Azərbaycanın mürəkkəb vəziyyətdə olduğunu bildirir. Onun sözlərinə görə, Moskva Azərbaycanın Avropa qaz bazarında ona rəqib olmaması üçün hər şey edəcək. Amma Moskva Karnegi Mərkəzinin ekseprti Ermənistanla müqayisədə Azərbaycanın vəziyyətinin daha yaxşı olduğunu deyir. Bakının malik olduğu iqtisadi resurslarun ona manevr etməyə imkan verdiyini deyən L.Şevsov hesab edir ki, Ermənistanın Rusiya qarşısında manevr imkanları yoxdur.

L.Şevsov Ukrayna hadisələrindən sonra Kremlin yeni strategiyanı həyata keçirməyə başladığını bildirib:

“Bu strategiya ondan ibarətdir ki, Rusiya bundan sonra özünü “mühasirəyə alınmış qala” kimi aparacaq. Kreml düşmən axtarışı əsasında öz xalqını səfərbər edir. Nəhayət, Rusiya yeni qalaktikanın mərkəzi roluna iddia edir. Hansı ki, onun ətrafında əlaltıları fırlanmalıdır. Çətin ki, Rusiyanın qonşuları özlərini rahat hiss edə bilərlər. Axı, onların başı üstündə dayanan nüvə dövlətidir”.

Moskva Karnegi Mərkəzinin eksperti Qərb-Rusiya qarşıdurması fonunda Kremlin Cənubi Qafqazda da qeyri-sabitlik yarada biləcəyini istisna etmir: “Faktiki olaraq, Rusiya Dnestrtyanı ərazi amili ilə Moldovanın parçalanması təhlükəsini saxlayıb. Məhz Dnestryanı ərazi amili Moldovanı zəiflədir. Amma Avropa Moldovanın təhlükəsizliyinə təminat vermək və onun Avropaya inteqrasiyasına şərait yaratmaq istəyir. Kreml başqa regionlarda, həmçinin Cənubi Qafqazda münaqişəli zonalardan istifadə edə bilərmi? Hesab edirəm ki, Kreml bunu heç vaxt planlarından çıxarmayıb. Putin doktrinası bu gün postsovet məkanında qeyri-stabilliyin yaradılmasına hesablanıb. Belə bir vəziyyət isə Moskvaya arbitr rolunu oynamağa imkan verir”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR