Ukrayna həyacan təbili çaldı: “Bu böyük hərbi qruplaşmadır”
Bizi izləyin

Dünya

Ukrayna həyacan təbili çaldı: “Bu böyük hərbi qruplaşmadır”

Ukrayna həyacan təbili çaldı: “Bu böyük hərbi qruplaşmadır”

Rusiya Ukrayna ilə sərhəddə xeyli sayda tank, artilleriya və reaktiv yaylış atəş sistemi olan “Qrad”lar yerləşdirib.

Publika.az – ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev “Amerikanın səsi” radiosuna deyib.

“Biz Ukrayna ilə sərhəddə bir neçə hərbi qruplaşmanın hərəkətini müşahidə edirik. Burada Qərb və Cənub hərbi dairələrinin birgə təlimləri keçirilir. Cənubi-şərq, mərkəzi və şimal hərbi dairələrindən xeyli sayda tank, artilleriya və “Qrad” sistemləri gətirilib. Orada təxminən 200 tank var. Bu böyük hərbi qruplaşmadır”, - Y.Sergeyev bildirib.

“Qrad”ın çox təhlükəli silah adlandıran ukraynalı diplomat onlardan Çeçenistan müharibəsində istifadə olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, “Katyuşa” sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobilləri üzərində quraşdırılır. Ordunun istifadəsinə 1963-cü ildə verilib. “Qrad” yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək, artilleriya və minomyot batareyalarını susdurmaq, möhkəmləndirilmiş səddlərin dağıdılması üçün tətbiq edilə bilər. SSRİ-nin Əfqanıstanda apardığı müharibə zamanı (1979—1989) da bu sistemdən istifadə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm