Yanukoviç gözləməsə də, Kliçko getdi - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Yanukoviç gözləməsə də, Kliçko getdi - YENİLƏNDİ

Ukrayna Daxili İşlər Nazirliyi isə 50 polisin yaralandığını açıqlayıb. Qarşıdurmaların havanın tempuraturun mənfi 8 dərəcə olduğu bir vaxtda polisin nümayişçilərin üzərinə təzyiqli su sıxmasından sonra başlandığı deyilir

Ukrayna UDAR Partiyasının lideri Vitali Kliçko prezident Viktor Yanukoviçlə danışıqlar aparmaq üçün hazırda Prezident Administrasiyasındadır.

Publika.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə partiyanın mətbuat katibi Oksana Zinovyev bildirib.

“Vitali Kliçko Prezident Administrasiyasına gedib. Çünki, bu gün zorakılığı dayandıracaq tək insan var”, - söyləyib. UDAR Partiyanın mətbuat katibi görüş barədə razılığın hələlik əldə olunmadığını, prezidentin V.Kliçkonu gözləmədiyini bildirib.

Xatırladaq ki, dünən partiya lideri ilə dövlət başçısı arasında təkbətək görüş keçirilib. V.Kliçko bu gün keçirdiyi brifinqdə qeyd edib ki, prezident Viktor Yanukoviç vəziyyətin nizama salınması haqqında ona vədlər versə də, bu vədlər yerinə yetirilməyib. O, bu gün müxalifətin irəli sürdüyü beş tələbə cavab almaq üçün Yanukoviçin yanına yenidən gedəcəyini söyləmişdi.

Bu tələblər arasında növbədənkənar prezident seçkilərinin keçirilməsi və hökumətin istefaya göndərilməsi hazırkı hakimiyyət üçün daha ağır sayıla biləcək tələblərdir. V.Yanukoviç 2013-cü ilin dekabr ayında bildirmişdi ki, istefaya getmək niyyətində deyil və səlahiyyət müddətinin sonuna kimi postunda qalacaq. Qeyd edək ki, Ukraynada növbəti prezident seçkisi 2015-ci ildə keçiriləcək.

UDAR Partiyası lideri həmçinin, xalqı təxribatlardan çəkinməyə, güc qaqşıdurmasından çəkinməyə çağırıb. O, bildirib ki, “Berkut” xüsusi təyinatlılarının bu gün və ya sabah gecə Qruşevski küçəsində keçirilən etiraz aksiyasının iştirakçılarını mühasirəyə alacağı və həbs edəcəyi ilə bağlı informasiyaya malikdir.

Ömər Dağlı

2014-01-20 16:16:50

Kliçko Yanukoviçi hədələdi

Ukraynada 2013-cü il noyabr ayından başlayan hakimiyyət əleyhinə etirazlar dünən qarşıdumalarla yenidən başladı.

Publika.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, keçən həftə nümayişlər başda olmaqla hüquq və azadlıqların məhdudlaşdırılmasını nəzərdə tutan qanunun qəbulundan sonra dünən Kiyevdə 200 min adam küçələrə çıxıb.

Nümayişçilərlə təhlükəsizlik gücləri arasında baş verən qarşıdurmalarda 9 nümayişçi və 20 polisin yaralandığı bildirilir. Ukrayna Daxili İşlər Nazirliyi isə 50 polisin yaralandığını açıqlayıb. Qarşıdurmaların havanın tempuraturun mənfi 8 dərəcə olduğu bir vaxtda polisin nümayişçilərin üzərinə təzyiqli su sıxmasından sonra başlandığı deyilir.

Müxalifət liderlərindən olan UDAR Partiyasının lideri Vitali Kliçko prezident Viktor Yanukoviçə səslənərək "Geri addım at. Əks halda Çavuşesku, ya da Qəddafinin taleyi arasında şeçim etmək məcburiyyətində qalarsan" söyləyib. Maydandakı çıxışından sonra üç şəxslə birlikdə V.Yanukoviçlə görüşən V.Kliçko dövlət başçısının "ölkədəki böhranı həll etmək üçün komissiya yaratmaq sözü verdiyini” açıqlayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm