Vaşinton Lavronun bu sözlərini gülməli adlandırdı
Bizi izləyin

Dünya

Vaşinton Lavronun bu sözlərini gülməli adlandırdı

Vaşinton Lavronun bu sözlərini gülməli adlandırdı

Vaşinton Lavronun bu sözlərini gülməli adlandırdı

ABŞ Ukrayna ilə sərhəddə Rusiya hərbi qruplaşmalarının hərəkətlərindən narahatdır.

Publika.az – ın “Amerikanın səsi” radiosuna istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Rusiya hərbçilərinin Ukrayna sərhədindəki hərəkətlərini diqqətlə müşahidə etdiklərini deyib.

J.Psaki on minlərlə rus hərbçisinin Ukrayna üçün təhlükə yaradan ərazidə toplandığını və Vaşinqtonun bundan narahat olduğunu ifadə edib. O, Ukrayna ərazisinə istənilən hərbi müdaxilənin ciddi səhv olacağını dilə gətirib.

O, Rusiya xarici işlər naziri Sergey Lavrovun “Ukrayna ən çox sabitlik istəyən ölkə Rusiyadır” sözlərini də gülməli adlandırıb.

Qeyd edək ki, son günlər ABŞ rəsmilərinin Rusiyaya yönəlik xəbərdarlıqları xeyli artıb. Dövlət katibi Con Kerri dünən Rusiyanı xəbərdar edərək razılaşmaya əməl etməyəcəyi halda bunun yalnız ciddi bir səhv olmayacağını, həm də bahalı bir səhv olacağını deyib.

“Rusiya iqtisadiyyatı mövcud sanksiyalardan indidən zərər çəkir. Bu bir gerçəkdir ki, bütün dünya Ukraynanın arxasında dayanacaq. Rusiyanın getdiyi yolu dəyişdirməsi üçün pəncərə bağlanır. Əgər Rusiya bu yolu dəyişdirməsə, dünya Rusiyanın əvəz ödəməsini təmin edəcək. Prezident Obamanın ifadə etdiyi kimi biz hazırıq”, - ABŞ dövlət katibi Rusiyanın vaxtının az qaldığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm