"Ərdoğanı dinləyirsinizmi?"- Obamanın cavabı
Bizi izləyin

Dünya

"Ərdoğanı dinləyirsinizmi?"- Obamanın cavabı

Almanya baş naziri Angela Merkelə mobil telefonunu artıq dinləməyəcəyi ilə bağlı söz verən ABŞ prezidenti alman jurnalistin sualına cavab verərkən Ərdoğan üçün belə bir öhdəlik götürməyib.

ABŞ prezidenti Barak Obama Almaniyanın ZDF kanalında qatıldığı bir proqramda xəbər aparıcısı Klaus Kleberin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla bağlı bir sualına cavab verməli olub.

Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Obamaya "Ərdoğanı dinləyirsinizmi" sualı verilib.

Almanya baş naziri Angela Merkelə mobil telefonunu artıq dinləməyəcəyi ilə bağlı söz verən ABŞ prezidenti alman jurnalistin sualına cavab verərkən Ərdoğan üçün belə bir öhdəlik götürməyib. Obama "Ölkə-ölkə şərh verməyəcəyəm. Birlikdə işlər gördüyümüz yaxın dost və müttəfiqlərimiz var. Bizim üçün əhəmiyyətli olan yaxından əməkdaşlıq etdiyimiz ölkələrlə aramızdakı etibarı qorumaqdır. Almaniya və ya digər başqa bir ölkənin kəşfiyyatı kimi bizim kəşfiyyatımız da dünyadakı hər bir ölkənin niyyətləri ilə maraqlanmağı davam etdirəcək. Bu vəziyyət dəyişməyəcək. "New York Times" və ya "Der Spiegel"də oxuya biləcəklərimlə kifayətlənmək istəsəydim, o halda kəşfiyyat qurumlarına da ehtiyac olmazdı" sözləri ilə dinləmə fəaliyyətlərinin normal olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm