“Rusiya hər şeyi edir ki, Ermənistan onun ərazisi kimi qəbul olunsun”
Bizi izləyin

Dünya

“Rusiya hər şeyi edir ki, Ermənistan onun ərazisi kimi qəbul olunsun”

“Rusiya hər şeyi edir ki, Ermənistan onun ərazisi kimi qəbul olunsun”

“Təcavüzkar siyasəti ilə özünü təcrid edən Rusiya həm də Ermənistanı diskomfort vəziyyətə salır”.

Publika.az – ın verdiyi xəbərə görə, bu sözləri erməni nəşri “Lragir” Rusiyanın Ukrayna siyasətinə dəstək verən Ermənistanın davranışlarını şərh edərkən yazıb.

Qəzet qeyd edir ki, Ermənistanın Rusiyanın yanında olması onu regional və geosiyasi layihələrdən təcrid edir: “Rusiya hər şeyi edir ki, Ermənistan “xarici dünya”nın bir hissəsi kimi qəbul edilməsin, Rusiyanın ərazisi kimi qəbul olunsun. Məsələn, Kremlə bağlı rusiyalı politoloq, prezident Vladimir Putinin “yeni SSRİ” adlandırılan Avrasiya İttifaqı layihəsinin baş təbliğatçısı olan Aleksandr Duqin açıq şəkildə Ermənistanı Rusiya imperiyasının bir hissəsi adlandırır”.

“Lragir” Rusiyanın NATO ilə Ukraynada açıq qarşıdurmaya gedəcəyi halda, Ermənistanın xarici dünya ilə əlaqəsinin tamamilə kəsiləcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm