BMT baş katibinin dəvəti aranı qarışdırdı
Bizi izləyin

Dünya

BMT baş katibinin dəvəti aranı qarışdırdı

BMT baş katibi Pan Ki Mun tərəfindəne dilən dəvətə ilk olaraq ABŞ-dan reaksiya gəlib. Məsələ ilə bağlı açıqlama verən ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki İranın tam ve açıq şəkildə "Cenevrə-1"in şərtlərini qəbul etməyəcəyi halda dəvətin ləğv e


Suriyadakı vətəndaş müharibəsinə son qoymaq üçün İsveçrədə bu həftə keçiriləcək "Cenevrə-2" konfransına İranın da dəvət edilməsi aranı qarışdırdı.

Publika.Az-ın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, BMT İranı konfransa dəvət edib və İran müsbət cavab verib.

BMT baş katibi Pan Ki Mun tərəfindəne dilən dəvətə ilk olaraq ABŞ-dan reaksiya gəlib. Məsələ ilə bağlı açıqlama verən ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki İranın tam ve açıq şəkildə "Cenevrə-1"in şərtlərini qəbul etməyəcəyi halda dəvətin ləğv edilməsinin vacib olduğunu söyləyib. Psak "İranın, Əsəd rejiminin öz xalqına qarşı zülmünə dəstəyindən dərin narahatlıq keçiririk. Əgər İran Cenevrə bəyannaməsini tam ve açıq şəkildə qəbul etməzsə, dəvət ləğv olunmalıdır" deyib.

İranın "Cenevrə-2"yə dəvət edilməsinə Suriya müxalifəti də sərt reaksiya verib. İki gün əvvəl konfransa qatılacağını açıqlayan müxalifət "İran varsa, biz gəlməyəcəyik" bildirib. Suriye Müxalif və İnqilabi Güclər Koalisiyasının sözcüsü Luey es-Safi BMT baş katibinin İranı "Cenevrə-2"yə dəvət etməsini şərh edərək "Pan Ki Mun İrana etdiyi dəvəti ləğv etmədiyi müddətdə, müxalifətin konfransa qatılım qərarı da təxirə salınacaq" deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm