Milliyətçilər Ukrayna vətəndaşlarını silahlandırmağı tələb etdi
Bizi izləyin

Dünya

Milliyətçilər Ukrayna vətəndaşlarını silahlandırmağı tələb etdi

Milliyətçilər Ukrayna vətəndaşlarını silahlandırmağı tələb etdi

Ukraynanın milliyyətçi “Sağ sektor” hərəkatının rəhbəri Dmitri Yaroş Ali Rada sədri, prezident səlahiyyətlərinin müvəqqəti icraçısı Aleksandr Turçinova açıq məktub yazıb.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, hərəkat rəhbəri A.Turçinovdan Ukrayna vətəndaşlarını silahlandırmağı tələb edib.

D.Yaroş yaxın vaxtlarda Rusiyanın Ukraynaya müdaxilə edəcəyini və işğalçılara qarşı ümumxalq partizan mübarizəsinin başlayacağını proqnozlaşdırıb.

“Ukrayna hakimiyyəti vətəndaşlarımızın, xüsusən könüllü vətənpərvərlərimizin dərhal kütləvi silahlandırılmasına başlamalıdır. Hansı ki, könüllü qruplaşmalara yalnız Dneprepetrovsk ərazisində artıq on mindən çox ukraynalı yazılıb”, - D.Yaroş qeyd edib.

O, Ukrayna vətənpərvərlərinin bütün partiya ambisiyalarını bir kənara qoyaraq vahid orqanizm və vahid Ukrayna xalq ordusuna çevrilməli olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm