Bu ölkədə uzunburun, irigöz qız gözəl hesab olunur - Foto
Bizi izləyin

Dünya

Bu ölkədə uzunburun, irigöz qız gözəl hesab olunur - Foto

Bu ölkədə uzun burun, iri göz qız gözəl hesab olunur-Foto

Şimali Koreya bildiyimiz kimi dünyada sirli ölkələrdən biri olaraq qalır. Eyni zamanda Şimali Koreya xalqı üçün ölkədən kənarda baş verənlər müəmmalıdır. Məsələn, Şimali Koreyadan olan 20 yaşlı Kim hamburqerin 2-ci Kim Jonq tərəfindən ixtira olunduğunu, Ledy Gaga-ın kişi olduğunu və velosiped sürməyin bədən formasını dəyişəcəyini, ayaqları əyəcəyini düşünür. Kim heç bir zaman Pxenyanı tərk etməyib və xariciyə müsahibə verən qız ilk dəfə idi ki, turist ilə rastlaşırdı.

İngilis dili tələbəsi olan Kim, əvvəlcə xarici vətəndaşı və fotoqrafı olan Erik Lafforqa müsahibə verməkdən çəkinib, lakin sonradan Şimali Koreya haqda olan fikir və mülahizələrini bölüşüb. İngilisə müsahibə verən xanım amerikanlara olan nifrətini də gizlətməyib. Onun fikrincə, Mickey Mouse Çinin ixtirasıdır.

Kim və onun kimi gənclər düşünür ki, əgər Cənubi Koreyadan kimsə gəlsə, “şimallılar” tərəfindən istiqanlıqla qarşılanar, lakin Şimali Koreya sərhədini keçib cənuba getsələr, onlar güllələnə bilər. Sevimli filmi isə “Gladiator”-du, halbuki, bəzi səhnələrinə görə o filmin utandırıcı olduğunu düşünür.

Şimali Koreya vətəndaşları arasında nikahdankənar uşaq dünyaya gətirmə və QİÇS xəstəliyi demək olar sıfırdır.

Böyük Britaniyaya səyahət etmək istəyən xanım boş vaxtlarında kompüter oyunları oynayır. Xarici müğənnilərin ifasına qulaq asmasa da, Mosart, Bax, Bethoveni tanıyır. O, bildirir ki, Şimali Koreyada qızın gözəl olması üçün gözləri iri, burnu uzun, ağzı xırda, dərisi ağ və ətli olmalıdır. Ölkədə bütün qadınlar Şimali Koreyanın hazırkı lideri Kim Çen İni cəlbedici hesab edir. Ölkədə heç kim saçını boyamır. İngilis fotoqraf Kimə Qərbdə insanların deşikli şalvar geyməsini söyləyib, lakin Kim Qərb dəbindən bixəbər olduğundan fotoqrafın sözlərinə inanmayıb. Xanım Kim maşın sürməyin əleyhinədir, çünki maşın insanları tənbəlləşdirir. Koreya xalqı hamburqer yeyərkən plastik əlcəkdən istifadə edir. Səbəb isə əllərinin çirklənməməsidir. Tələbə Kim özü üçün ən böyük hədiyyə KXDR-ın lideri Kim Çen İni hesab edir.

Fotoqraf Erik Lafforq bu cavabların qarşısında təəccüblənməyib. Onun fikrincə, bütün bunlar sadəcə, təbliğatdır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm