"Əl-Qaidə"dən "barışaq" mesajı
Bizi izləyin

Dünya

"Əl-Qaidə"dən "barışaq" mesajı

Suriyada Bəşər Əsədə qarşə döyüşən üsyançılarla Türkiyə sərhədində şiddətli döyüşlər aparan "Əl-Qaidə" bağlantılı "İraq-Şam İslam Dövləti" dünən bir videomesaj yayımlayıb.

Suriyada Bəşər Əsədə qarşə döyüşən üsyançılarla Türkiyə sərhədində şiddətli döyüşlər aparan "Əl-Qaidə" bağlantılı "İraq-Şam İslam Dövləti" dünən bir videomesaj yayımlayıb.

Publika.Az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, təşkilat lideri Əbu Bəkir əl-Bağdadi "Bu gün İslam Dövləti sizə nüseyrilərlə döyüşmək üçün bizimlə qarşıdurmaya son vermə çağırışı edir" söyləyib.

Qeyd edək ki, Bəşər Əsəd qüvvələrin son vaxtlar böyük uğurlar qazanmasının səbəblərindən biri kimi müxalif silahlı qruplar arasında baş verən döyüşlər göstərilir. "İraq-Şam İslam Dövləti"nin vuruşduğu ən güclü qruplardan biri isə "Əl-Nüsra" Cəbhəsidir.

Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən ən güçlü gruplardan olan "Əl-Nüsra" rejim ve müxalifəti bir araya getirəcək "Cenevrə-2" konfransına qatılmayacağını açıqlayıb. Silahlı qrupun açıqlamasında "Suriyanın gələcəyi bu torpaqlarda qəhrəmanlıqla müəyyənləşdiriləcək, ön cəbhələrdə qanla imzalanacak, özlərini belə təmsil etmeyen adamların qatıldığı alçaq konfranslarda deyil" bildirilib.

Ömər Dağlı





Oxumağa davam et
Reklam
Reklam

Gündəm