Ukraynada ATƏT müşahidəçiləri oğurlanıb
Bizi izləyin

Dünya

Ukraynada ATƏT müşahidəçiləri oğurlanıb

Ukraynada ATƏT müşahidəçiləri oğurlanıb

Ukraynanın Donetsk vilayətində fəaliyyət göstərən ATƏT-in hərbi müşahidəçiləri ilə yoxa çıxıb.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis keçirdiyi brifinqdə deyib.

ATƏT missiyasının Vyana sənədinə əsasən Ukraynaya gəldiklərini deyən XİN rəsmisi hərbi müşahidəçilərin terrorçular tərəfindən oğurlana biləcəyini bildirib.

“Əgər onların terrorçular tərəfindən tutulduğu təsdiqlənərsə, bu Ukrayna və beynəlxalq cəmiyyət tərəfindən cavabsız qalmayacaq”, - Y.Perebiynis ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm