İranda BİR İLK
Bizi izləyin

Dünya

İranda BİR İLK

İran bankları fəaliyyətləri dövründə ilk dəfə dövriyyəyə kredit kartı buraxıblar.

İran bankları fəaliyyətləri dövründə ilk dəfə dövriyyəyə kredit kartı buraxıblar.

Publika.az lenta.ru-ya istinadən xəbər verir ki, indiyə qədər ölkədə ancaq debet kartlardan istifadə edilirdi. Müştərilərə kredit kartları 3 limit üzrə verilir. Beləliklə kredit kartları üzrə limit 100 (2800 dollar), 300 (8 400 dollar), 500 milyon (14 000 dollar) rialdan ibarətdir.

Kredit kartlarını iki bank istehsal edir - Bank Melli Iran və Ayandeh Bank. Onlar tərəfindən ilk gündə 12 min kredit xətti açılıb. Kredit kartları üzrə illik faiz dərəcəsi 18 faiz təşkil edir.

Onu da bildirək ki, avqust ayından İrandan MasterCard sistemi işləməyə başlayıb. Amerikaya aid bu ödəniş sistemi sanksiyalar səbəbindən İranda işləmirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm