İran: İsrail 2 min kilometrdən məhv ediləcək
Bizi izləyin

Dünya

İran: İsrail 2 min kilometrdən məhv ediləcək

İran hökuməti 2 min kilometr məsafədən uzaq hədəfi vuran raketlərin istehsalını dayandırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Hava və Peyk Qüvvələri komandanı, general-mayor Əmir Əli Hacızadə bildirib.

General deyib ki, hazırda İranın həmin mənzilli raketləri kifayət qədər çoxdur:

“Bizim əsas hədəfimiz İsraildir. Bu baxımdan da 2 min kilometrdən uzaq məsafəni vuran raket silahlarına ehtiyacımız yoxdur. Bu gün ehtiyacımız İsrailin işğal etdiyi torpaqlara qədər olan məsafədir ki, buna cavab verən lazımı silahlarımız var. Hazırda İranın İsraili vuracaq istənilən qədər müasir raket silahları mövcuddur. İsraili vuracaq raketlərə çoxdan sahibik. İstədiyimiz zaman İsraili bu məsafədən məhv edə bilərik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm