Əsəd son 3 ildə bunu ilk dəfə etdi
Bizi izləyin

Dünya

Əsəd son 3 ildə bunu ilk dəfə etdi

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriya ordusunun hərbi əməliyyatları qərargahına yaxın mənbə bildirib.

Suriya ordusu üç il ərzində ilk dəfə Hələb vilayətində irəliləyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriya ordusunun hərbi əməliyyatları qərargahına yaxın mənbə bildirib.

Onun sözlərinə görə, Suriya ordusu Hələbin şimali-qərbindəki Al-Farafira rayonunun çox hissəsini azad edib.

“Biz son üç il ərzində ilk dəfə Hələbdə cəbhəni tərpədə bildik. Biz Al-Farafiranın yarısından çoxunu azad etməyi bacardıq. Terrorçular geri çəkildilər. Əməliyyat davam edir”, - agentliyin həmsöhbəti danışıb.

Mənbənin sözlərinə görə, rayon ən yaxın saatlarda təmizlənə bilər.

Öz növbəsində, silahlı Suriya müxalifətinin nümayəndəsinə istinadən “Reuters” agentliyi bildirib ki, hökumət qoşunları Hələb əyalətinin şərqini azad etmək üçün quru gücləri səfərbər edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm