“İsrail prezidenti ukraynalıları alçaltdı” – ÜZR TƏLƏBİ
Bizi izləyin

Dünya

“İsrail prezidenti ukraynalıları alçaltdı” – ÜZR TƏLƏBİ

Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko İsraili ukraynalılar barəsində deyilən sözlərə görə üzr istəməyə çağırıb.

Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko İsraili ukraynalılar barəsində deyilən sözlərə görə üzr istəməyə çağırıb.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, partiya sədri İsrail prezidenti Reuven Rivlinin ukraynalıları alçaltdığını bildirib.

Ukrayna Ali Radasında çıxışı zamanı Rivlin bildirib ki, II Dünya Müharibəsi zamanı Ukrayna millətçiləri yəhudilərə qarşı cinayətlərin törədilməsinə kömək ediblər.

“Rivlinin çıxışı ukraynalıları alçaldır, buna görə də mən İsrail prezidentini dövlətimizdən və xalqımızdan üzr istəməyə çağırıram. Bundan başqa, Knesset (İsrail parlamenti – red.) Ukrayna xalqının soyqırımını – Qolodomoru tanımalıdır. Ali Rada hələ 2008-ci ildə yəhudilərin soyqırımını tanıyıb”, - o, “Facebook”da səhifəsində yazıb.

Qeyd edək ki, 2015-ci ilin mayında Ukrayna prezidenti Pyotr Poroşenko “Ukrayna Üsyançı Ordusu”na (UPA, “Ukrayna Millətçiləri Təşkilatı”nın (OUN) qanadı) Ukraynanın “müstəqillik üçün pəhləvanlar” statusunu verib.

2015-ci ilin aprelində isə Ali Rada “XX əsrdə Ukraynanın müstəqilliyi uğrunda mübarizənin iştirakçılarının hüquqi statusu və xatirəsi” haqqında qanun qəbul edib. Qanuna əsasən, XX əsrin əvvəlləri və ortalarında, xüsusən İkinci Dünya Müharibəsi illərində və ondan sonra Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparmış “Ukrayna Üsyançı Ordusu”, “Ukrayna Millətçiləri Təşkilatı”, “Karpatskaya Seç” və digər təşkilatlar dövlət tərəfindən rəsmən tanınıb. Silahlı, paramilitar, gizli siyasi təşkilatlarda, eləcə də fərdi şəkildə mübarizə aparmış bütün insanlar Ukraynanın müstəqilliyi uğrunda mübarizlər kimi şərəfləndirilib.

UPA və onun liderləri - Stepan Banderı və Roman Şuxeviç bir çox siyasətçilər və Böyük Vətən Müharibəsinin veteranları tərəfindən nasistlərlə əməkdaşlıqda ittiham edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm