Dünya bu hadisə ilə çalxalanmışdı - VİDEO
Bizi izləyin

Dünya

Dünya bu hadisə ilə çalxalanmışdı - VİDEO

Xəbər verildiyi ki, İsrailın sabiq prezidenti Şimon Peres ötən gecə 93 yaşda dünyasını dəyişib.

Xəbər verildiyi ki, İsrailın sabiq prezidenti Şimon Peres ötən gecə 93 yaşda dünyasını dəyişib.

Onunla bağlı ən yaddaqalan hadisələrdən biri heç şübhəsiz ki, 2009-cu ildə İsveçrədə keçirilən Davos Dünya İqtisadi Forumunda baş verən və “One Minute” kimi xatırlanan hadisə idi. “Qəzza və Yaxın Şərqdə Sülh” adlı paneldə Peres ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gərginlik yaşanmışdı.

İsrail prezidentinin çıxışından sonra Ərdoğan ingilis dilində “bir dəqiqə” deyərək vaxt istəyib və Peresə xitab olaraq “Siz öldürməyi çox yaxşı bilirsiniz. Çimərliklərdəki uşaqları necə öldürdüyünüzü, necə vurduğunuzu çox yaxşı bilirəm” deyərək salonun tərk edib.

Türkiyə prezidenti həmçinin bundan sonra bir daha Davos Dünya İqtisadi Forumuna gəlməyəcəyini bildirib.

Publika.az həmin hadisənin görüntülərini təqdim edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm