“ABŞ 1-2 gün ərzində Güləni...” - RƏSMİ
Bizi izləyin

Dünya

“ABŞ 1-2 gün ərzində Güləni...” - RƏSMİ

“ABŞ Türkiyənin Fəthullah Gülənin müvəqqəti həbsi tələbi ilə əlaqədar 1-2 gün ərzində qərarını bildirəcək”.

“ABŞ Türkiyənin Fəthullah Gülənin müvəqqəti həbsi tələbi ilə əlaqədar 1-2 gün ərzində qərarını bildirəcək”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

“Çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələri içində Fəthullah Gülənin əmr və təlimatı ilə hərəkət edən qrup tərəfindən edildiyinə kimsənin şübhəsi yoxdur. Biz ABŞ-dan Gülənin ekstradisiyasını və təcili olaraq həbs olunmasını tələb etdik. ABŞ və Türkiyə arasındakı ekstradisiya müqaviləsinin 9-cu maddəsinə görə, ABŞ Fəthullah Güləni həbs etmək məcburiyyətindədir. Vaşinqton 1-2 gün ərzində qərarını bizə bildirəcək”, - nazir bildirib.

Bəkir Bozdağ Fəthullahçı Terror Təşkilatına qarşı keçirilən əməliyyat çərçivəsində indiyə kimi 32 min nəfərin həbs olunduğunu əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm