Putin Türkiyəyə gedir - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Putin Türkiyəyə gedir - YENİLƏNDİ

Son məlumata görə, Putin Müştərək İqtisadi Komissiyanın toplantısına qatılmaq üçün 11 oktyabrda İstanbulda olacaq.

“Hürriyyət” nəşrinin yazdığına görə, bu barədə Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıqlıoğlu bildirib. Rusiya prezidenti Türkiyəyə sonuncu dəfə 2015-ci il noyabr ayında G20 (“Böyük iyirmilik”) zirvəsinə qatılmaq üçün gəlmişdi.

***

Rusiya prezidenti Vladimir Putin oktyabrda Türkiyəyə səfər edə bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Belə bir səfəri istisna etmirəm. Bütün hazırlıq tədbirləri tamamlandıqdan sonra bu barədə bəyanatı verəcəyik”, - Kremlin sözçüsü deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin avqustun 9-da Sank-Peterburqda görüşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm