İngiltərə xarici işlər nazirinin türk sülaləsi
Bizi izləyin

Dünya

İngiltərə xarici işlər nazirinin türk sülaləsi

Türkiyənin Çankırı şəhərinin İngiltərənin xarici işlər naziri Boris Consonun “ata yurdu” olduğu deyilir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Boris Consonun sülaləsinin yaşadığı Kalfat kəndində onlara “sarıoğlangillər” deyirmişlər.

Kənd sakinlərinin sözlərinə görə, B.Conson babası Əli Kamalın yaşadığı evi zaman-zaman ziyarətə gəlib.

Düzdür, Consonun ailəsi əsasən Almaniya və İngiltərədə yaşayır. Lakin onlar xüsusi günlərdə kəndə gedirlər.

Qeyd edək ki, B.Conson Türkiyə xarici işlər naziri ilə görüşlərinin birində jurnalislər onun Çankırıdan olub-olmadığını soruşub. Conson cavabında Kalfatlıyam cavabını vermişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm