Senat Obamanı əzdi keçdi: 8 ildə ilk dəfə…
Bizi izləyin

Dünya

Senat Obamanı əzdi keçdi: 8 ildə ilk dəfə…

ABŞ prezidenti Barak Obamanın ötən həftə veto qoyaraq Konqresə geri göndərdiyi və Səudiyyə Ərəbistanına qarşı 11 sentyabr hücumlarına görə məhkəmə iddiası qaldırılmasına imkan verən qanun layihəsi Senatda yenidən qəbul edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Senatın 97 üzvü “Terrorizmin Sponsorlarına Qarşı Ədalət Aktı" qanun layihəsini dəstəkləyib. Yalnız 1 senator qanun layihəsinin əleyhinə çıxıb. Qanun layihəsinin sabah ABŞ Konqresinin Nümayəndələr Palatasında səsverməyə çıxarılması gözlənilir. Daha əvvəl Nümayəndələr Palatasından keçən qanun layihəsinin növbəti dəfə də qəbul ediləcəyi bildirilir.

Nümayəndələr Palatasının üçdə iki hissəsi qanun layihəsini dəstəkləyərsə, Barak Obama veto hüququndan istifadə edə bilməyəcək. Bununla da Obama 8 illik prezidentliyi dövründə ilk dəfə ABŞ Konqresindən gələn bir qanun layihəsinə veto qoya bilməyəcək.

Sözügedən qanun layihəsi ilk dəfə gündəmə gələndə Səudiyyə Ərəbistanı ABŞ-ı bu ölkədəki 750 milyard dollarlıq istiqrazlarını açıq satışa çıxaracağı ilə təhdid edib.

Qeyd edək ki, Obama Konqresə göndərdiyi veto məktubunda 11 sentyabr qurbanlarının ailələrinin ağrısını tamamilə hiss etdiyini vurğulayaraq, qanunun çıxmasını maraqla gözləyən Amerikalı ailələrə "Sizi anlayıram" mesajı verib. ABŞ-ın 11 sentyabrdan sonra dünyanın bir çox yerində terrora qarşı mübarizə apardığını vurğulayan Obama xarici dövlətin Amerika məhkəmələrində toxunulmazlığını ləğv edəcək bu cür bir qanunun Amerikanın maraqlarına zərbə vuracağını bildirib. Obama, qanunun təsdiqlənəcəyi təqdirdə digər suveren dövlətlərin də ABŞ-a qarşı eyni şəkildə davranacağını və bunun ABŞ-ın beynəlxalq əlaqələrinə ciddi zərərlər verəcəyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm