“Savaş Rusiya şəhərlərinə keçəcək, rus hərbçiləri cəsəd torbalarında...” – RƏSMİ TƏHDİD
Bizi izləyin

Dünya

“Savaş Rusiya şəhərlərinə keçəcək, rus hərbçiləri cəsəd torbalarında...” – RƏSMİ TƏHDİD

Suriya rejiminin dəstəkləyən Rusiya ABŞ tərəfindən növbəti dəfə təhdid edilib.

Suriya rejiminin dəstəkləyən Rusiya ABŞ tərəfindən növbəti dəfə təhdid edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözşüsü Con Kirbi Rusiya şəhərlərinin ekstremistlərin hücumuna məruz qala biləcəyini bildirib.

Onun sözlərinə görə, Suriyada Rusiya hərbi qulluqçuları və təyyarələri ilə savaş Suriya sərhədini aşaraq Rusiya şəhərlərinə keçə bilər.

“Və Rusiya hərbçilərini cəsəd torbalarında evə göndərməyə davam edəcək və Moskva resurslarını, hətta yenidən təyyarələrini itirməyə davam edəcək”, - Kirbi əlavə edib.

Onun sözlərinə görə, Suriyada vətəndaş müharibəsi davam edəcəyi halda, ekstremist qruplar öz əməliyyatlarını genişləndirmək üçün hakimiyyət boşluğundan istifadə etməyə davam edəcək.

Xatırladaq ki, dünən Kerri Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla telefon söhbətində Vaşinqtonun Moskva ilə Suriya üzrə əməkdaşlığı dayandıra biləcəyini deyib. O, Suriya qoşunlarının Hələbə hücumlarını dayandırması üçün Rusiyadan Əsədi sıxışdırmağı tələb edib.

Sentyabrın 27-də ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanı Suriyada vətəndaş müharibəsini alovlandırmaqda ittiham edib. Daha əvvəl isə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Təhlükəsizlik Şurasının iclasında Rusiyanın hərəkətlərini “barbarlıq” adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm