Teleradio Şurası daha üç kanalın YAYIMINI DAYANDIRDI
Bizi izləyin

Dünya

Teleradio Şurası daha üç kanalın YAYIMINI DAYANDIRDI

Televiziya və radio verilişləri üzrə Milli Şura ölkə ərazisində daha üç telekanalının yayımını qadağan edib.

Ukraynanın televiziya və radio verilişləri üzrə Milli Şurası ölkə ərazisində Rusiyanın daha üç telekanalının yayımını qadağan edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

Qadağa altına “Somedy TV”, “Bizim futbolumuz” və “Karusel” kanalları düşüb.

Məlumata görə, “Somedy TV”nin yayımı hələ 2014-cü ildə dayandırıb. “Bizim futbolumuz” ticarət reklamını yerləşdirərək Ukrayna qanunvericiliyini pozub. Qurumdan dəqiqləşdiriblər ki, xarici mənşəli proqramlarda reklamdan istifadə qadağandır.

Reklam haqqında qanunun pozulması “Karusel” telekanalında da qeydə alınıb. Bundan başqa, “Karusel”in proqramlarından birində işğal edilmiş Krımın Rusiyanın regionu kimi əks olunan xəritə nümayiş olub.

1 sentyabr 2016-cı il tarixinə olan məlumata görə, Rusiyanın 73 kanalının yayımı Ukrayna ərazisində qadağan edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm