MİT-in səlahiyyətləri artırıldı
Bizi izləyin

Dünya

MİT-in səlahiyyətləri artırıldı

MİT-in səlahiyyətləri artırıldı

Türkiyə prezidenti Abdullah Gül Milli İstihbarat Təşkilatının (MİT) fəaliyyəti haqqında qanuna dəyişiklikləri təsdiq edib.

Publika.az – ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, dəyişikliklər kəşfiyyat xidmətinin əməkdaşlarının dövlətçiliyin qorunması üçün hakimiyyətdən verilən tapşırıqları da yerinə yetirməsini nəzərdə tutur.

Dəyişikliklərə görə, MİT-ə qanunda göstərilənlərdən başqa vəzifə verilməsinə icazə verilmir. Həmçinin kəşfiyyat xidmətinin əməkdaşları barəsində işə yalnız Türkiyənin Ali Məhkəməsində baxılacaq, məhkəmənin kəşfiyyat xidmətinin əməkdaşları barəsində hökm və qərarlarına yenidən baxılmayacaq, MİT əməkdaşlarının ailə üzvləri isə terrorizmlə mübarizə çərçivəsində dövlət tərəfindən mühafizə olunacaq.

MİT vəzifələrini yerinə yetirərkən gizli iş üsulları, prinsip və vasitələrdən istifadə edə biləcək. MİT əməkdaşlarına kimliyini dəyişdirməyə icazə verilir, eləcə də xarici ölkə vətəndaşları ilə bağlı əlaqədar təşkilatlar qarşısında tələblərlə çıxşı edə biləcək.

MİT əməkdaşları vəzifələrini yerinə yetirərkən terror təşkilatları da daxil olmaqla milli təhlükəsizliyə təhdid olan bütün strukturlarla əlaqə qura biləcək. MİT sənədi oğurlayana isə 10 ilə qədər həbs cəzası veriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm