Şimon Peres dəfn edildi (YENİLƏNİB) - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Şimon Peres dəfn edildi (YENİLƏNİB) - - FOTO/VİDEO

İsrailin mərhum keçmiş prezidenti Şimon Pereslə vida mərasimi Yerusəlimdə əsas milli qəbiristanlıqda başlanıb.

***

12:30

İsrailin mərhum keçmiş prezidenti Şimon Pereslə vida mərasimi Yerusəlimdə əsas milli qəbiristanlıqda başlanıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, mərasimdə 70-dən çox ölkənin nümayəndə heyətləri iştirak edir.

Tabut hərbi ravvinlər tərəfindən oxunan duaların altında Qersl dağına gətirilib. Bura yəhudi dövlətinin rəhbərləri və sionist hərəkarının liderlərinin dəfn olunduğu yerdir.

Dəfndən əvvəl siyasətçilər və mərhumun ailəsinin üzvləri çıxış edəcək. İsrail prezidenti Reuven Rivlin, baş nazir Benyamin Netanyahu, parlament sədri Yuliya Edelşteyn, ABŞ prezidenti Barak Obama, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, həmçinin Peresin üç övladının çıxışı gözlənilir. Tribunaya həmçinin məşhur İsrail yazıçısı Amosu Ozu və müğənnisi David d`Oru çıxacaq. Sonuncu yəhudi duası əsasında yazılmış mahnını ifa edəcək.

Dəfn mərasimində həmçinin Fransa, Almaniya, Ukrayna, Polşa, Litva, Latviya, Yunanıstan, Meksika, İsveçrə, Fələstin və Avstriya prezidentləri, İspaniya kralı, Uels şahzadəsi, Lüksemburq hersoqu, Kanada, İtaliya, Niderland, Finlandiya və İsveç baş nazirləri, YUNESKO-nun birinci katibi, Rusiya Federasiya Şurasının sədri iştirak edir.

Şimon Peres dəfn olunub.

Qeyd edək ki, İsrailın sabiq prezidenti sentyabrın 28-i gecə saatlarında 93 yaşda dünyasını dəyişib.

Şimon Peres İsrailin doqquzuncu (1984-1986) və on ikinci (1995-1996) baş naziri olub. Onun prezidentliyi dövrü 2007-2014-cü illəri əhatə edir. O, 12 il ərzində hökumətdə müxtəlif vəzifələr tutub. Ən qoca İsrail siyasətçisi və dövlət xadiminin karyerası 70 ildən çox davam edib. Peres Yasir Ərəfat və İsak Rabinlə birgə 1994-cü ildə Nobel Sülh mükafatına layiq görülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm