Dünya
Zorlanmış 15 yaşlı qızın anası: "Onu kim alacaq?!" - - FOTO
Qızıma təcavüz etdilər, namusunu ləkələdilər. Qızım hamilədir. İndi onu kim alacaq?!
Hindistanın şimalındakı Haryana bölgəsində yaşayan ana belə deyir. Onun 15 yaşlı qızı oxuduğu məktəbdə təcavüzə məruz qalıb. Qızı zorlayan məktəbin son siniflərdən birində oxuyan iki oğlandı.
Qız polisdə verdiyi ifadəsində bildirib: "O oğlanlar döyərək məni sinifə saldılar. Dərslər qurtarmışdı, məktəbdə adam az idi. Sinifin qapısını içəridən bağladılar. Məni partaya yıxdılar və zorlamağa başladılar. Ağzımı bağlamışdılar ki, qışqıra bilməyim. Bir saat əzab verdilər. Sonra dedilər ki, bir adama desəm, başımı kəsəcəklər".
15 yaşlı qız başına gələnlər haqda valideynlərinə heç nə deməyib. Aylar keçəndən sonra onun qarnında kəskin ağrılar başlayıb və anası qızını həkimə aparıb.
Müayinədə qızın hamilə qaldığı bəlli olub. Daha doğrusu, 15 yaşlı qız hamiləliyin 31-ci həftəsində idi.
Qızın anası ağlayır: "Balamı bədbəxt etdilər. İnsanlar onun başına gələnləri bilsələr, küçəyə çıxa bilməyəcək, işə düzələ bilməyəcək. Qızım bundan sonra necə yaşayacaq, onunla kim evlənəcək?! Amma biz onu tək qoymayacağıq. Yaramazların cəzalanması üçün əlimizdən gələni edəcəyik".
Ananın dediyinə görə, qızı məktəbi bitirəndən sonra universitetə daxil olmaq, həkim olmaq istəyirdi. İndi də qız saatlarla mütailə edir, imtahanlara hazırlaşır.
Kiçik Bhayvani kəndində yaşayan qız mart ayında başınıa gətirilən fəlakətin şokundan qurtulmağa çalışır. (milli.az)
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO