Pensiyaların orta məbləği 215 dollar olacaq
Bizi izləyin

Dünya

Pensiyaların orta məbləği 215 dollar olacaq

Onun sözlərinə görə, pensiyaların məbləği 2017-2019-cu illərdə yalnız inflyasiya üzrə indeksləşdiriləcək.

Rusiyada 2017-ci ildə pensiyanın orta məbləği indeksləşdirməni nəzərə alaraq təxminən 13,7 min rubl (təxminən 215 dollar) təşkil edəcək.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu haqda Təqaüd Fondunun başçısı Anton Drozdov bildirib.

Onun sözlərinə görə, pensiyaların məbləği 2017-2019-cu illərdə yalnız inflyasiya üzrə indeksləşdiriləcək. Rusiya Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin iyulunda Rusiyada pensiyaların orta məbləği 12,4 min rubla (təxminən 195 dollar) bərabər idi.

Avqustun sonunda hökumət açıqlayıb ki, bu il pensiyaların ikinci indeksləşdirilməsi birdəfəlik ödəmə ilə əvəz ediləcək. 2017-ci ilin yanvarda bütün təqaüdçülərə əlavə 5 min rubl (təxminən 80 dollar) ödəniləcək. Bu, büdcəyə təxminən 220 milyard rubla (təxminən 3,4 milyard dollar) başa gələcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm