“G7” Rusiyanı çökdürməyə hazırlaşır
Bizi izləyin

Dünya

“G7” Rusiyanı çökdürməyə hazırlaşır

“G7” Rusiyanı çökdürməyə hazırlaşır

"Böyük yeddilik” ("G-8") ölkələri Rusiyaya qarşı əlavə maliyyə sanksiyalarının tətbiq olunması üçün razılaşıblar.

Publika.az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda deyilir.

Bəyanatda qeyd olunub ki, “G7” Ukrayna hakimiyyətini ölkənin şərqində əməliyyat zamanı dözüm nümayiş etdirdiyi üçün dəstəkləyir.

“Əksinə, Rusiya Cenevrə razılaşmalarına uyğun olaraq konkret addımlara təşəbbüs etmədi. Rusiya bəyanatlar və Ukrayna ilə sərhəddə keçirdiyi hərbi təlimlərlə gərginliyi artırmaqda davam edir”, - bəyanatda deyilir.

Ağ Evin nümayəndələrindən biri maliyyə sanksiyalarının gələn həftənin bazar ertəsi qəbul oluna biləcəyi söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm