13 kənddə küçəyə çıxmaq qadağan edildi
Bizi izləyin

Dünya

13 kənddə küçəyə çıxmaq qadağan edildi

Türkiyənin Diyarbəkir bölgəsində 13 kənddə küçəyə çıxmaq qadağan edilib.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirin Hani və Licə mahallarında terror təşkilatına qarşı aparılacaq əməliyyatlar səbəbindən belə bir yazılı açıqlama verilib.

Açıqlamada bildirilib ki, bu mahalların dağlıq və meşə ərazilərində fəaliyyət göstərən terror təşkilatı birliklərini məhv etmək məqsədilə əməliyyat keçiriləcək.

Sadə vətəndaşların bundan zərər görməməsi üçün bu iki mahalın 13 kəndində küçəyə çıxmamaq tövsiyə edilib.

Qadağa bu gün səhər saatlarından başlayıb, onun nə vaxt bitəcəyi isə tam bəlli deyil.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm