ABŞ-dan ilk atəşi qadın açdı: Ben Laden və “Əl-Qaidə”...
Bizi izləyin

Dünya

ABŞ-dan ilk atəşi qadın açdı: Ben Laden və “Əl-Qaidə”...

11 sentyabr 2001-ci il terror hücumuna görə Səudiyyə Ərəbistanına qarşı ilk məhkəmə iddiası qaldırılıb.

11 sentyabr 2001-ci il terror hücumuna görə Səudiyyə Ərəbistanına qarşı ilk məhkəmə iddiası qaldırılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror hücumu zamanı ərini itirən Stefan Ross Desimon Səudiyyə Ərəbistanını məhkəməyə verib.

Onun əri Patrik Dann ABŞ Hərbi Dəniz Flotuna xidmət edirdi və Müdafiə Nazirliyinin (Pentaqon) binasına hücum vaxtı həlak olub. Stefan Ross Desimon həmin vaxt hamilə idi. O, özü və qızının adından Səudiyyə Ərəbistanının “Əl-Qaidə” terror təşkilatı və onun lideri Üsamə Ben Ladenə dəstək göstərməkdə ittiham edib.

Desimon kompensasiya istəyir, lakin onun məbləği açıqlanmır.

ABŞ Konqresi tərəfindən çərşənbə günü qəbul edilmiş qanun 11 sentyabr terror aktlarının qurbanlarına istənilən başqa ölkəyə qarşı ittihamları qaldırmağa icazə verir.

ABŞ prezidenti Barak Obama qanun layihəsinə veto qoymağa çalışsa da, Senat və Nümayəndələr Palatasında böyük əksəriyyətin onu dəstəkləməsi Ağ Ev liderini 8 illik hakimiyyəti dövründə ilk dəfə veto haqqından məhrum edib. 9/11 (2001-ci il 11 sentyabr) qanunu üzrə Konqresin qərarı prezident Obama üçün daxili siyasi məğlubiyyəti hesab olunur.

Səudiyyə Ərəbistanı 11 sentyabr hücumları ilə əlaqədar xarici ölkələrə məhkəmə iddiası qaldırılmasına imkan verən qanuna görə ABŞ-ı “faciəli nəticələr”lə təhdid edib. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Konqresi “faciəli və təhlükəli nəticələr”in qarşısının alınması üçün bütün lazımı ölçüləri qəbul etməyə çağırıb. Bildirilib ki, ABŞ-da qəbul edilmiş qanun beynəlxalq münasibətlərin əsasını təşkil edən suveren dövlətin immuniteti prinsiplərini pozur.

11 sentyabr terror aktında istifadə olunan təyyarələrin oğurluğunda iştirak etmiş 19 terrorçudan 15-i Səudiyyə Ərəbistanının vətəndaşı idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm