ABŞ-ın SSRİ-ni vurmaq üçün “dəfn” etdiyi gizli baza - - FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ-ın SSRİ-ni vurmaq üçün “dəfn” etdiyi gizli baza - - FOTOLAR

Elm adamlarının sözlərinə görə, planet üçün ən böyük təhdidlərdən olan qlobal istiləşmə qarşıdakı dövrdə yeni diplomatik böhranlara səbəb olacaq.

Elm adamlarının sözlərinə görə, planet üçün ən böyük təhdidlərdən olan qlobal istiləşmə qarşıdakı dövrdə yeni diplomatik böhranlara səbəb olacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın “soyuq müharibə” illərində Qrenlandiyada inşa etdiyi və gizli layihələr həyata keçirdiyi hərbi araşdırma və nüvə bazası qlobal istiləşmənin təsiri ilə üzə çıxa bilər.

Kanadanın Lessonde Universitetində çalışan Uilyam Colganın sözlərinə görə, bazanı inşa edənlər onun bir daha səthə çıxmayacağını düşünmüşdülər: “1960-cı illərdə “qlobal istiləşmə” termini belə yox idi. Ancaq hazırda iqlim dəyişir”.

İddiaya görə, baza 1951-ci ildə Danimarka hökumətinin icazəsi ilə tikilib. SSRİ-ni birbaşa vurmaq üçün nüvə raketlərinin saxlanıldığı böyük bazada həmçinin müxtəlif elmi layihələr icra edilirdi.

Daha sonra isə davamlı şəkildə hərəkətdə olan buzlaqların böyük təhlükə yaratdığı aydın oldu və 1967-ci ilə qədər araşdırma mərkəzi kimi istifadə edilən baza tərk edildi. Ancaq Colgan və onun tərkibində olduğu qrupa görə, elmi araşdırmaların aparıldığı “Camp Century”da tullantılar saxlanılıb. Xəstəxana, kinoteatr, böyük market, laboratoriyalar və bir kilsənin olduğu bazada təxminlərə görə, 200 min litr dizel yanacağı, bir o qədər tullantı su və miqdarı məlum olmayan radioaktif maddələr var.

Hazırda “Camp Century” üzərindəki buz təbəqəsinin qalınlaşmağa davam etdiyini və 35 metrə çatdığını deyən Colgan hesab edir ki, ancaq bir müddət sonra buzların ərimə sürəti yağıntıların həcmindən çox olacaq: “Hər il yeni bir buz təbəqəsi yox olacaq. Əgər qlobal istiləşmə bu sürətlə davam etsə, 2090-cı ildə “Camp Century”un gün üzünə çıxmasına maneə ola bilməyəcəyik. Bu müddət daha da qısala bilər”.

Britaniyanın “Guardian” qəzeti qarşıdakı dövrdə Danimarka-ABŞ-Qrenlandiya arasında “Camp Century” böhranının yarana biləcəyini proqnozlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm