HDP-dən Ərdoğanla bağlı ŞOK QƏRAR
Bizi izləyin

Dünya

HDP-dən Ərdoğanla bağlı ŞOK QƏRAR

Avqustun 20-də tətilə çıxan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 26-cı dövr ikinci qanunvericilik ili bu gün başlayır.

Avqustun 20-də tətilə çıxan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 26-cı dövr ikinci qanunvericilik ili bu gün başlayır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edəcək.

Xalqların Demokratik Partiyasının (HDP) qəbul etdiyi qərara görə, HDP-lilər prezidentin salona girişi zamanı ayağa qalxmayacaq və Ərdoğanı alqışlamayacaq.

Cümhuriyyət Xalq Partiyanın (CHP) isə necə hərəkət edəcəyini ötən günlərdə CHP-li millət vəkili Levent Gök açıqlamışdı. Onun sözlərinə görə, partiyadaşları Ərdoğanı hörmətlə qarşılayacaqlar.

Daha əvvəlki açılış mərasimində bəzi CHP-lilər ayağı qalxmamış, HDP qrupu isə Ərdoğanın çıxışı zamanı salonu tərk etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm