Dünya
ŞOK: Ərinə oxşadığına görə oğluna 6 ay vəhşicəsinə işgəncə verdi
Ana 10 yaşlı oğlunu günlərlə ac-susuz qoyub, bədənini isti su ilə yandırıb. Uşağı ölümcül hala salandan sonra xəstəxanaya aparıb.
Publika.az xəbər verir ki, hadisə Türkiyənin paytaxtı Ankarada baş verib. Araşdırma zamanı məlum olub ki, qadın keçmiş həyat yoldaşına bənzədiyi üçün oğluna işgəncə verirmiş.
Ayşə Özat adlı qadın bu ilin yanvar ayında həyat yoldaşından ayrılıb. Ayrılmalarına səbəb həyat yoldaşının ona və uşaqlarına işgəncə verməsi olub. Məhkəmənin qərarı ilə ailənin iki uşağı da Uşaq evinə yerləşdirilib. 9 ay əvvəl isə qadın uşaq evinə müraciət edib. 10 yaşlı Baran Efe Özat və adı bəlli olmayan 13 yaşlı iki uşağını da oradan götürmək istədiyini deyib.
Evdə sosial və maddi yardım alacağını deyən qadın dövlət qurumunu uşaqların ona verilməsinə razı salıb.
Son altı ay ərzində o, oğluna işgəncə verməyə başlayıb. Xəstəxanada uşağın bədəninin müxtəlif yerlərində yanıq, hətta deşilmiş, kəsilmiş yaralar da aşkarlanıb. Hazırda həkimlər uşağı həyata qaytarmaq üçün çalışır. Lakin uzun müddət qida qəbul etməyən oğlanın vəziyyəti ağır dəyərləndirilir.
Qadın işgəncələr verdiyi oğlunun keçmiş həyat yoldaşına oxşadığını deyib. Onun sözlərinə görə, əri də ona belə işgənncələr verirmiş. O, gördüyü hallüsinasiyalar səbəbindən oğlunu əri zənn etdiyini və bu hərəkətləri törətdiyini deyib.
Gülxar
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO