Saakaşvilidən SƏRT İFADƏLƏR: “O, məndən qorxur”
Bizi izləyin

Dünya

Saakaşvilidən SƏRT İFADƏLƏR: “O, məndən qorxur”

“Vahid Milli Hərəkat” Partiyası 8 oktyabrda parlament seçkilərində qazandığı səslərini müdafiə edəcək”.

“Vahid Milli Hərəkat” Partiyası 8 oktyabrda parlament seçkilərində qazandığı səslərini müdafiə edəcək”.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Nyu-Yorkda gürcü diasporasının nümayəndələri ilə görüşdə Gürcüstanın üçüncü prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili deyib.

O, bildirib ki, sabiq baş nazir və milyarder Bidzina İvanişvili onun Gürcüstana gəlişindən qorxur.

“Mən Gürcüstana gəlməyə və seçkilərin nəticələrini müdafiə etməyə hazırlaşıram. İvanişvili mənim gəlişimdən bərk qorxur”, - Saakaşvili bildirib.

Qeyd edək ki, Saakaşvili 2013-cü ildə ölkənin yeni prezidenti Georgi Marqvelaşvilinin vəzifəsinə başlamasından dərhal sonra ölkəni tərk edib. O, əvvəlcə ABŞ-a gedib və Amerika universitetlərindən birində mühazirələr oxuyub. Keçmiş prezident daha sonra Kiyevə köçüb və tezliklə Ukrayna vətəndaşlığını alaraq Odessa vilayətinin qubernatoru təyin edilib.

Gürcüstanda Saakaşviliyə qarşı dörd cinayət işi qaldırılıb. Onun barəsində ölkədaxili axtarış elan edilib.

Son günlər gürcü hökuməti “Vahid Milli Hərəkat”dan seçki günlərində təxribatlar gözlədiyinə dair tez-tez bəyanatlar verir. Bununla əlaqədar olaraq, ölkənin hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib.

“Vahid Milli Hərəkat”dan isə bildiriblər ki, təxribatlarda məhz hakimiyyət maraqlıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm