ATƏT-in nümayəndələri NATO-nun casusu imiş? - İddia
Bizi izləyin

Dünya

ATƏT-in nümayəndələri NATO-nun casusu imiş? - İddia

ATƏT-in nümayəndələri NATO-nun casusu imiş?-İddia

Separatçılar Donetsk vilayətində oğurlanan ATƏT-in hərbi müşahidəçilərini buraxmaq niyyətində deyillər.

Publika.az – ın unian.net saytına istinadən verdiyi xəbərə görə, separatçılar bunu hərbi müşahidəçilərin “casus” olması ilə izah edir.

Separatçıların nümayəndəsi, “Donetsk Xalq Respublikası” “hökumət”in müvəqqəti başçısı Deniz Puşilina bu gün Donetsk vilayətinin Slavyansk şəhərində brifinq keçirib. O, saxlanılan hərbi müşahidəçilərdən blokpostların qeyd edildiyi hərbi xəritələr, patronlar və digər hərbi ləvazimatların götürüldüyünü deyib.

D.Puşilin ATƏT-in hərbi müşahidəçilərdən “NATO-nun xeyrinə casusluq” etməsindən şübhələndiyini bildirib.

Qeyd edək ki, ATƏT-in hərbi müşahidəçiləri Ukraynanın Donetsk vilayətində dünən oğurlanıb. Sonradan isə onların separatçıların əlində olduğu bəlli olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm