Ukraynadan sərt açıqlama: "Rusiyanı vuracağıq"
Bizi izləyin

Dünya

Ukraynadan sərt açıqlama: "Rusiyanı vuracağıq"

Moskvanın Ukraynanın şərq sərhədində yerləşən hərbi təlimlərə başlaması Kiyevin sərt reaksiyasına səbəb olub.

Moskvanın Ukraynanın şərq sərhədində yerləşən hərbi təlimlərə başlaması Kiyevin sərt reaksiyasına səbəb olub.

Ukrayna prezidentinin müavini sərhədi keçən rus əsgərlərinin vurulacağını bildirib.

Rus qüvvələrinin hər hansı bir şəkildə sərhədi keçməsi durumunda bunu işğal kimi qiymətləndirəcəklərini deyən Ukrayna prezidenti Aleksandr Turçinovun müavini Sergey Paşinski təcavüzkarlara qarşı mübarizə aparılacağını qeyd edib.

Öz xalqına qarşı savaş aparıldığını deyən Rusiya Xarici işlər naziri Sergey Lavrov ukraynalı səlahiyyətlilərinin bunun əvəzini ödəyəcəyini bildirib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya qüvvələrinin sərhəddə hərbi təlimlər keçirdiyini, hətta sərhəddin 1 kilometrliyinə qədər hərbi təyyarələr vasitəsilə uçuş həyata keçirdiyini vurğulayıb.

Müdafiə naziri Mixail Koval Ukrayna Silahlı Qüvvələrinin hər hansı bir hücumu dəf etmək üçün hazır vəziyyətdə olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm