PKK lideri Abdullah Öcalan Türkiyə hökumətinə mesaj göndərdi
Bizi izləyin

Dünya

PKK lideri Abdullah Öcalan Türkiyə hökumətinə mesaj göndərdi

PKK lideri Abdullah Öcalan Türkiyə hökumətinə mesaj göndərdi

Türkiyənin İmralı bölgəsindəki həbsxanada saxlanılan Abdullah Öcalan ölkədəki proseslərlə bağlı maraqlı açıqlamalar verib.

ANS PRESSməlumatına görə, BDP partiyasının üzvləri həbsxanada PKK lideri Öcalanı ziyarət ediblər və daha sonra onun fikirləri ilə bağlı açıqlama veriblər. Açıqlamada bildirilib ki, Öcalan ölkədəki proseslərinin Türkiyənin xaricə çıxışına və demokratik inkişafına müsbət təsir edəcəyini fikirindədir.

Öcalan bir müddət bundan öncə ölkədə keçirilən seçkilərin nəticələrinin bütün maneələrə baxmayaraq ölkədəki demokratiyaya təkan verdiyi qeyd edib: “Hər şey dəyişir. Hökumətin atdığı addımlar ölkədə prosesləri kökündən dəyişə bilər. Çox əziyyət çəkməyimə baxmayaraq prosesləri bu günə gətirib çıxardığıma görə peşman deyiləm. Bütün tərəflər bu məsələdə öz üzərlərinə düşəni etməlidirlər. Bütün qanuni dəyişikliklər çox tezliklə həyata keçirilməlidir”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm