Timoşenko: "Putin dünyanı şantaj edir"
Bizi izləyin

Dünya

Timoşenko: "Putin dünyanı şantaj edir"

Timoşenko: "Putin dünyanı şantaj edir"
Ukraynanın sabiq Baş naziri Rusiya prezidenti ilə bağlı sərt bəyanatlar verib

"Rusiya prezidenti Vladimir Putin üçüncü dünya müharibəsinə başlamayacaq, amma bununla dünya ictimaiyyətini şantaj edir". Anspress-in məlumatına görə, bunu Ukraynanın keçmiş Baş naziri və prezidentliyə namizəd Yuliya Timoşenko mediaya müsahibəsində deyib. Timoşenkonun sözlərinə görə, Putinin arzusu diktatura qurmaqdır. "Putinin arzusu təkcə Avrasiya məkanı yaratmaq deyil, o, qlobal səviyyədə diktatura yaratmağı arzu edir. Onun üçüncü dünya müharibəsi başladacağına inanmıram, amma düşünürəm ki, dünya ictimaiyyətinin üçüncü dünya müharibəsinə yol verməyəcəyini başa düşərək dünyanı şantaj edir və bu pərdə altında özünün qeyri-qanuni əməllərini həyata keçirir", - sitatın sonu.

Müsahibəsinin böyük bir hissəsini Putinə qarşı bəyanatlara həsr edən Timoşenko Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Putini dayandıracağına ümid etdiyini də vurğulayıb. "İndi üçüncü dərəcəli sanksiyaların tətbiq edilməsi vaxtıdır və buna görə də bu sanksiyaların həyata keçirilməsini alqışlayıram və ümid edirəm ki, onlar bəyan edildiyi kimi, Rusiyanın bank sisteminə, enerji sektoruna qarşı olacaq. Bu sanksiyaların təsirli olacağına inanıram. İstəyirəm bu sanksiyalar o qədər güclü olsun ki, Putin öz aqressiyasına son qoysun, öz ölkəsinin ərazisinə qayıtsın və dünyada qeyri-sabitlik yaratmağı dayandırsın", - Timoşenko belə deyib.

Ukraynanın keçmiş Baş naziri ölkəsinin sərhədlərini qoruması üçün NATO-yaüzv olmağın ən yaxşı çıxış yolu olduğunu hesab edir. "Putin bizə qarşı müharibəsi ilə ukraynalıların mentalitetini dəyişə və bizi fərqli strateji istiqamətə döndərə bilərdi, bu isə bu gün bizim üçün vacibdir. İnanıram ki, Ukrayna NATO-nun üzvü olacaq, çünki onun sərhədlərinin qorunması, ölkəmizdə sülh və əmin-amanlığın qorunması yalnız kollektiv təhlükəsizlik və müdafiə sistemləri daxilində olmaqla mümkündür. Bu səbəbdən də NATO Ukrayna üçün ən yaxşı seçimdir", - Yuliya Timoşenko belə deyib.

O, həmçinin Rusiya xalqına da müraciət edərək, hazırda Ukraynada gedən demoktratikləşmə prosesinin "uzun illər avtoritar rejim şəraitində yaşayan rusiyalılar üçün də bir işarə olduğunu" deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm