• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kreml Ukraynada “sülhməramlılar”dan istifadə etməyə hazırlaşır

  • Dünya
  • 28 Aprel 2014 11:12
  • 877 Baxış
Kreml Ukraynada “sülhməramlılar”dan istifadə etməyə hazırlaşır

Ukraynanın Xarici İşlər Nazirliyi Vyanada Rusiya, Avropa İttifaqı, ABŞ və Ukraynanın iştirakı ilə yeni dördtərəfli danışıqların keçirilməsini təklif edib.

Publika.az – ın verdiyi xəbərə görə, bu barədə “Nezavisimaya gazeta” yazıb.

Qəzet qeyd edir ki, Moskvanın Kiyevin təklifinə hansı cavab verdiyi və yaxud verəcəyi məlum deyil. Rusiya nəşri Ukraynanın Rusiya Silahlı Qüvvələrinin Cənub və Qərb hərbi dairələrinin keçirdiyi təlimlərdən narahat olduğunu bildirir.

Ukraynanın baş naziri Arseniy Yasenyuk isə yenidən Rusiyanın ünvanına ittihamlar səsləndirib. “Slavyanskda ATƏT-in hərbi inspektorların tutulması bir daha sübut edir ki, Rusiya pasportları daşıyan etirazçılar real terrorçulardır”, - baş nazir söyləyib. O, Ukraynanın şərqindəki terroçuların indiyə kimi Moskva tərəfindən ittiham edilmədiyinə diqqət çəkib: “Bu dəqiq sübutdur ki, Rusiya quldurları və cinayətkarları dəstəkləyir. Hansı ki, onlar dinc əhalini qorxudur, yerli əhali və əsgərləri güllələyirlər. Rusiya tərəfindən idarə olunanlar yalnız Ukraynanı qorxutmur, həm də bütün Avropanı qorxudurlar”.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Andrey Kelin bildirib ki, ölkəsi ATƏT-in hərbi inspektorların azad olunmasını istəyir. Amma o, eyni zamanda qeyd edib ki, hərbi inspektorların təhlükəsizliyi üçün məsuliyyəti onları dəvət edən Ukrayna hakimiyyəti daşıyır.

Ukrayna prezidentliyə namizədlər isə vəziyyəti müxtəlif şərh edirlər. Prezident postuna əsas iddiaçılardan olan Pyotr Poroşenko bildirib ki, sülh Rusiya və Ukrayna xalqına lazım olduğundan ikitərəfli danışıqlar keçirilməlidir. “Ukrayna sülh və dialoq üçün hazırdır. Rusiya tərəfindən vaxt və görüş yerinin təyin edilməsini xahiş edirəm”, - “Nezavisimaya gazeta”ya Poroşenko deyib. Rusiyanın Cenevrə razılaşmasının şərtlərini yerinə yetirməyə qətiyyən hazırlaşmadığını deyən prezidentliyə namizəd ikitərəfli danışıqların daha səmərəli olacağını güman edir.

Bir başqa prezidentliyə namizəd Yuliya Timoşenko isə hesab edir ki, ikitərəfli danışıqlar Ukraynanın beynəlxalq dəstəkdən imtina anlamına gələrdi. O, dördtərəfli danışıqların davam etdirilməli olduğunu deyir.

Rəsmi Kiyev isə 25 May tarixinə təyin olunan prezident seçkilərinə kimi Rusiyanın sülhməramlılar adı altında Ukrayna ərazisinə hərbi qüvvələr yeridəcəyindən ehtiyat edir. Təsadüfi deyil ki, Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin üzvü Valeri Şnyakin Moskvanın yaxın günlərdə Ukraynanın cənubi-şərqində sülh kontingentindən istifadə haqqında məsələyə baxacağını bildirmişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR