Telefon üstündə nənəsini öldürmək istədi - Foto
Bizi izləyin

Dünya

Telefon üstündə nənəsini öldürmək istədi - Foto

Telefon üstündə nənəsini öldürmək istədi-Foto

ABŞ-ın Şimali Karolina ştatında yaşayan yeniyetmə gənc qız nənəsi və onun rəfiqəsini həşərat və qarışqa dərmanı ilə zəhərləyib. Yeniyetmənin öldürmək istəyinin səbəbi isə adicə mobil telefon olub.

51 yaşlı nənə, cəza qismində 17 yaşlı nəvəsinin əlindən mobil telefonunu alıb və bundan qəzəblənən qız nənənin yeməyinə zəhər qatıb. Heç nədən şübhələnməyən nənə və onun rəfiqəsi zəhərlənib, lakin hər ikisi vaxtında xəstəxanaya çatdırılaraq sağ qalıb.

Günahını etiraf edən yeniyetmə baş vermiş hadisəyə görə zəhərlənən şəxslərdən üzr istəyib. Bununla belə, qız təqsirli bilinsə, o, uzun müddət barmaqlıq arxasında qala bilər.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm