Rus milyarderlər Londonu alır
Bizi izləyin

Dünya

Rus milyarderlər Londonu alır

Rusiya və Ukrayna milyarderləri beynəlxalq sanksiyalar səbəbindən Londonda daşınmaz əmlaklara sərmayə qoymağa başlayıblar.

Belə bir iddia ilə “Faynenşl Tayms” qəzeti çıxış edib.

JLL şirkətinin eksperti Adam Çallisin sözlərinə görə, sözügedən tendensiya 2014-cü ilin əvvəllərində başlayıb. “Savills” agentliyinin qiymətləndirməsinə görə, 2013-cü ildə ruslar London daşınmaz əmlak bazarına 180 milyon funt-sterlinq yatırıblar. Əksər agentlər bu il rəqəmlərin sürətlə qalxdığını deyiblər.

“Property Vision” şirkəti isə bildirib ki, son iki ildə rus müştərilər satışları öyrənirdilərsə, indi Britaniya paytaxtında onlar bu məsələ ilə daha aktiv məşğul olmağa başlayıblar.

“Faynenşl Tayms” bildirib ki, Londonda daşınmaz əmlak alan əksər şərqi avropalı milyarderlər öz anonimliyini qoruyur və satınalma əməliyyatları zamanı offşor şirkətlərinin xidmətlərindən istifadə edirlər. /Axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm