Donetsk vilayəti ümunxalq referendumun keçirilməsini istəyir
Bizi izləyin

Dünya

Donetsk vilayəti ümunxalq referendumun keçirilməsini istəyir

Donetsk vilayəti ümunxalq referendumun keçirilməsini istəyir

Donetsk vilayətinin yeni təyin olunmuş qubernatoru Sergey Taruta və Donetsk şəhərinin meri Aleksandr Lukyançenko Ukrayna prezidenti vəzifələrini icra edən Aleksandr Turçinovla görüşüb.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, Donetsk vilayətinin qubernatoru A.Turçinovdan 25 May tarixində ümumukrayna referendumu keçirməyi xahiş edib.

S.Tarutanun fikrincə, ümumukrayna referendumun keçirilməsi islahatlar və Avropa standartlarının tətbiqi ideyasının ətrafında ölkəni birləşdirməyə imkan verəcək. Donetsk meri A.Lukyançenko isə öz növbəsində referendumun Ukraynanın cənubi-şərq regionlarında ictimai-siyasi gərginliyin azaldılmasına kömək edəcəyini söyləyib.

“Biz Ukraynada sülh və sabitliyin əldə edilməsi üçün səylərimizi birləşdirdik. Ölkəmizin bütün vətəndaşları onları narahat edən məsələlər barədə öz fikrini söyləmək imkanına malik olmalıdır. İndiki mərhələdə həlledici söz Ali Radanın deputatlarınındır”, - A.Taruta vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm